Qubada “Gülüstan” elmi-ədəbi məclisinin məşğələsi baş tutub

4 Avqust 2022, 17:57

Foto Xaçmaz Regional Mədəniyyət İdarəsi

Tədbir mərkəzi kitabxanada keçirilib

Qubada fəaliyyət göstərən “Gülüstan” elmi-ədəbi məclisinin məşğələsi keçirilib. Bu barədə ShimalNews 4 avqust tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.

Tədbir MKS-in mərkəzi kitabxanasının oxu zalında baş tutub. Toplantıda məclis üzvləri, bölgənin şair və yazıçıları, həmçinin kitabxana işçiləri iştirak ediblər. Tədbirdə şair və yazıçılardan Cabir Albantürk, Böyükağa Ağa, Cümşüd Aydəmir, Səxavət Anvəroğlu, Mövlud Ağəmməd, Gülər Eldar, Firəngiz Əhmədova, Asvar Tufandağlı, Elxan Məcnunov, Rizvan Qiblədağlı, İntiqam Məlikov, Sabir Nemətov, Mehrəli Qulu və başqaları öz yeni şeirlər və hekayələrini oxuyublar. Sonda tədbir iştirakçıları Azərbaycan Yazıçılar Birliyinin üzvü Firəngiz Əhmədovanın Quba meydanındakı mədəniyyət və istirahət parkında təşkil olunmuş kitab sərgisinə baxış keçiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.