Quba rayonunda “İnkişaf təlimləri” keçirilir. Bu barədə ShimalNews 4 avqust tarixində GİKM-ə istinadən xəbər verir.
Maarifləndirici təlimlər Gənclər İnkişaf və Karyera Mərkəzinin yeni fəaliyyətə başlayan əməkdaşları üçün təşkil olunub. Görüşlərdə Mərkəzi Aparatın müvafiq işçiləri yeni əməkdaşları “GİKM-in struktur quruluşu və fəaliyyət istiqamətləri”, “Layihələrin yazılması və idarə olunması” və “E-poçt yazışmaları” mövzularında məlumatlandırıblar.
Təlimlər avqustun 7-nə kimi davam edəcək.