Hadisə Xınalıq kəndində qeydə alınıb
Quba rayonunda üzərinə divar uçan şəxs ölüb. Bu barədə ShimalNews 4 avqust tarixində Report-a istinadən məlumat verir.
Bədbəxt hadisə avqustun 3-ü saat 12:00 radələrində Xınalıq kəndi ərazisində qeydə alınıb. Kənd sakini Eldəniz Zeynalov təmir-bərpa işləri ilə bağlı fərdi yaşayış evinin divarlarını metal alətlə sökən zaman divarın bir hissəsi onun üzərinə aşıb. O, aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Sözügedən işlər “Magro Costruction” MMC tərəfindən aparılıb.
Faktla bağlı araşdırma aparılır.