Nabranda təşkil olunan yay düşərgəsi yekunlaşıb

4 Avqust 2022, 11:40

Foto Azərtac

Düşərgə Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilib

Xaçmaz rayonunda keçirilən yay düşərgəsi başa çatıb. Bu barədə ShimalNews 4 avqust tarixində Azərtac-a istinadən məlumat verir.

Nabran ərazisindəki meşə massivində təşkil olunan düşərgədə ümumilikdə 35 nəfər uşaq, yeniyetmə və gənc iştirak edib. Burada müxtəlif oyunlar və təlimlər keçirilib. Vətən müharibəsi qaziləri Coşqun Cəbrayılov və Asim Məmmədov düşərgə iştirakçıları ilə görüşərək öz döyüş xatirələrini bölüşüblər. Düşərgə müddətində fərqlənən iştirakçılara Fəxri fərmanlar təqdim olunub.

Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən düşərgədə Vətən müharibəsi iştirakçılarının, şəhid və qazi ailələrinin, həmçinin aztəminatlı ailələrin övladları iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.