General-polkovnik Arzu Rəhimov Xaçmazda vətəndaşlarla görüşüb

4 Avqust 2022, 15:40

Foto Xaçmaz RİH

Xaçmaz rayonunda vətəndaş qəbulu keçirilib. Bu barədə ShimalNews 4 avqust tarixində rayon İH-yə istinadən məlumat verir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov vətəndaşlarla görüşüb. Qəbulda Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan sakinlər iştirak edib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladının xidmət yerinin müəyyənləşdirilməsi, veteran adı və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlər ilə bağlı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.