Təlim “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusuna hərs edilib
FHN-in Şimal Regional Mərkəzi Xaçmazda təlim təşkil edib. Bu barədə ShimalNews 4 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Praktiki təlim “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusuna həsr edilib. Təlim zamanı xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə verilən tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəliblər.
Sonda rəhbərlik tərəfindən yerinə yetirilmiş şərti tapşırıqların təhlili aparılıb, müvafiq tövsiyələr verilib.