Elnur Rzayev növbəti dəfə sakinləri qəbul edib

4 Avqust 2022, 11:58

Foto Xaçmaz RİH

Görüşdə əvvəlcədən müraciət edən sakinlər iştirak ediblər

Xaçmazın icra başçısı Elnur Rzayev vətəndaşlarla görüşüb. Bu barədə ShimalNews 4 avqust tarixində rayon İH-yə istinadən xəbər verir.

Fərdi qaydada keçirilən qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak ediblər. Müraciətlər işlə təmin olunma, suvarma suyu ilə təchizat, fərdi yaşayış evinin təmiri, eləcə də digər məsələləri əhatə edib. Bəzi müraciətlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.