ADPU-nun Quba filialı: 300-dən çox vakant yer abituriyentlərin seçiminə verilir

4 Avqust 2022, 16:26

Foto ADPU-nun Quba filialı

ADPU-nun Quba filialının 320 tələbəni qəbul etmək imkanı var. Bu barədə ShimalNews 4 avqust tarixində təhsil ocağına istinadən xəbər verir.

2022/2023-cü tədris ili üçün təhsil müəssisəsində bakalavriat səviyyəsi üzrə vakant yerlərin siyahısı təqdim olunur:

I qrup üzrə:

  • Riyaziyyat və informatika müəllimliyi – 50 yer;

II qrup üzrə:

  • Coğrafiya müəllimliyi – 25 yer;

III qrup üzrə:

  • Azərbaycan dili ədəbiyyatı müəllimliyi – 50 yer;
  • İbtidai sinif müəllimliyi – 50 yer;
  • Təhsildə sosial-psixoloji xidmət – 30 yer;
  • Xarici dil müəllimliyi (ingilis dili üzrə) – 25 yer;
  • Sosial iş – 30 yer;
  • Məktəbəqədər təhsil – 30 yer;
  • Tarix müəllimliyi – 30 yer.

Abituriyentlərin ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.