Xaçmazda işıq dirəkləri yanmır

3 Avqust 2022, 10:58

Photo Shimal.News

Problem Ziya Bünyadov küçəsində yaşanır

Xaçmazda işıq dirəkləri yolları işıqlandırmır. Bu barədə ShimalNews 3 avqust tarixində məlumat verir.

Belə ki, problem şəhərin Ziya Bünyadov küçəsində yaşanır. İşıq dirəkləri olduğu halda yarısından çoxu yanmır, digərləri isə çox zəif yanır və ancaq özlərini işıqlandırır.

“Qaranlıq vaxtı işığın yanmaması çox təhlükəlidir. Həm sürücülər, həm də sakinlər üçün”, – deyə sakin bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.