Xaçmaz: “Uşaq dünyasında kitabxananın rolu” adlı ekskursiya keçirilib

3 Avqust 2022, 11:51

Foto Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xaçmazda ibtidai sinif şagirdləri üçün “Uşaq dünyasında kitabxananın rolu” adlı ekskursiya keçirilib. Bu barədə ShimalNews 3 avqust tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.

Ekskursiyada 3-4-cü sinif şagirdləri iştirak ediblər. Onlara kitab və kitabxanadan istifadə qaydaları, kitab haqqında əldə edilmiş biliklərin təkmilləşdirilməsi öyrədilib.

Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsinin kitabxanaçısı Elnarə Məmmədova məktəblilərə nağıl otağında “Sehirli Dolça” nağılını danışıb.

Ekskursiyanın sonunda şagirdlər kitabxanaya üzv yazılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.