Qusarda gənclərə onlayn biznes haqqında ətraflı məlumatlar verilib

3 Avqust 2022, 13:44

Foto Qusar Gəncləri

Təlim Heydər Əliyev Mərkəzində baş tutub

Qusarda “Dropshipping” kursu ilə bağlı məlumatlandırıcı seminar baş tutub. Bu barədə ShimalNews 3 avqust tarixində Qusar GİKM-ə istinadən məlumat verir.

Seminar zamanı “Dropshipping”, “E-Commerce” və onlayn biznes haqqında ətraflı məlumatlar verilib. Təlimçi qismində “Baku Business Academy”-nin məzunu, “KANE Commerce” onlayn ticarət layihəsinin təsisçisi, “eBay Dropshipper” üzrə satış mütəxəssisi Kənan Məlikov çıxış edib.

Təlimin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.