Qusar “Ünsiyyət bacarıqları” təlimi keçiriləcək

3 Avqust 2022, 12:21

Foto Qusar Gəncləri

Təlim Heydər Əliyev Mərkəzində baş tutacaq

Qusarda “Ünsiyyət bacarıqları” təlimi keçiriləcək. Bu barədə ShimalNews 3 avqust tarixində Qusar GİKM-ə istinadən məlumat verir.

“Gənclər davamlı inkişaf üçün” layihəsi çərçivəsində baş tutacaq təlimdə “Ünsiyyətdə bədən dilinin rolu”, “Sandviç metodu” mövzuları müzakirə ediləcək.

Təlim 4 avqust saat 15:00-da Qusar Heydər Əliyev Mərkəzində start alacaq.

Layihə İrəli İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tərəfdaşlığı ilə həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.