Qubada dələduzluqla məşğul olan şəxs və ya şəxslər peyda olublar. Bu barədə ShimalNews 3 avqust tarixində məlumat verir.
Dələduzlar Quba sakinlərinə Whatsapp üzərindən mesaj yazaraq özlərini onların yaxın dostları və ya qohumları kimi təqdim edirlər. Daha sonra müxtəlif məbləğlərdə pul göndərməklərini xahiş edirlər.
Oxucuların bizə verdiyi məlumata əsasən, artıq ən azı 5 nəfər naməlum şəxslərə 100-150 manat pul göndərib.
Proses necə baş verir:
- Naməlum nömrədən sizin tanışınız adından mesaj yazılır;
- Whatsapp-da profil şəkli tanışınızın real şəkli olur;
- Dələduzlar xəstəlik adı ilə sizdən pul istəyir;
- Siz pul göndərdikdən sonra isə həmin şəxs ilə əlaqə saxlamaq mümkün olmur.
Zərərçəkənlər polisə müraciət ediblər.

Photo Shimal.News

Photo Shimal.News

Photo Shimal.News

Photo Shimal.News