Problem Barlı kəndində yaşanır
Qubada kəndlərin biri internetlə qismən təmin edilib. Bu barədə ShimalNews 3 avqust tarixində məlumat verir.
Problem Barlı kəndində yaşanır. Uzun illərdir ki, kəndin bir hissəsi internetlə təmin edilmir. Sakinlərin sözlərinə görə, onlar dəfələrlə aidiyyəti qurumlara şikayət ediblər, lakin məsələ hələ də həllini tapmayıb.
“Müraciət etdikdə hər dəfə bizə yalnız vəd verilir”, – deyə kənd sakini bildirib.