Quba icra başçısı verdiyi tapşırıqların icrasını yoxlayıb

3 Avqust 2022, 16:10

Quba Rayon İcra Hakimiyyəti

Ziyəddin Əliyev görülən işlərlə ətraflı tanış olub

Quba Rayon İcra Hakimiyyətinin başçısı yenidən Bad kəndində olub. Bu barədə ShimalNews 3 avqust tarixində Quba RİH-yə istinadən məlumat verir.

Mövcud problemlərin həlli üçün kənddə görülmüş işləri yoxlamaq məqsədilə görüş keçirilib. Ziyəddin Əliyev yaradılmış komissiyanın üzvləri ilə birlikdə son 1 ay ərzində aparılan işlərlə ətraflı tanış olub.

İcra başçısı kənd sakinləri ilə görüşüb. Əliyev gələcəkdə görüləcək işlərlə əlaqədar aidiyyəti şəxslərə tapşırıq və tövsiyələrini verib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.