Quba: ADPU-nun filialında təmir işləri aparılır

3 Avqust 2022, 10:19

Foto Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı

Burada İKT otağı və kiçik konfrans zalı müasir şəkildə qurulur

Qubada yerləşən universitet yeni tədris ilinə hazırlaşır. Bu barədə ShimalNews 3 avqust tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Hazırda ADPU-nun Quba filialında yeni İKT otağı və kiçik konfrans zalı müasir şəkildə qurulur, istilik sisteminin bütün otaqları bərabər qızdırması üçün gücləndirici mühərriklər quraşdırılır.

Auditoriyaların cari təmir işləri artıq yekunlaşmaq üzrədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.