Xaçmaz: bu gün şəhid Sərxan Mirzəmmədovun mövlud günüdür

3 Avqust 2022, 15:45

Foto Memorial

O, “Vətən uğrunda” medalı ilə təltif edilib

Bu gün şəhid Sərxan Mirzəmmədovun doğum günüdür.

Sərxan Mirzəmmədov 3 avqust 1998-ci ildə Xaçmaz rayonunun Mirzəməmmədqışlaq kəndində anadan olub.

Kiçik çavuş Sərxan Mirzəmmədov Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, düşmən mövqeyinə hücum zamanı 5 erməni hərbi qulluqçunu məhv edərək oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub.

Sərxan Mirzəmmədov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.