Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı yarışlarda uğur qazanan idmançılar və məşqçilərlə görüşüb. Bu barədə ShimalNews 2 avqust tarixində Xaçmaz RİH-yə istinadən məlumat verir.

Elnur Rzayev müxtəlif idman növləri üzrə Azərbaycan birinciliklərinin, beynəlxalq turnirlərin iştirakçısı və mükafatçısı olan idmançılar, eləcə də məşqçilərlə görüş keçirib.

Cari ilin 7 ayı ərzində xaçmazlı idmançılar beynəlxalq yarışlarda iki qızıl, iki gümüş, bir bürünc medal qazanıblar. Respublika yarışlarında isə onlar 43 müxtəlif əyarlı medala sahib olublar.

Görüşün sonunda müxtəlif yarışlarda uğur qazanan idmançılara, eləcə də onların məşqçilərinə Xaçmaz RİH-nin Fəxri fərmanı və xatirə hədiyyələri təqdim olunub.