Şimal zonasında direktor vəzifəsi üçün müsahibə mərhələsinə start verilib

2 Avqust 2022, 14:01

Foto Quba-Xaçmaz Regional Təhsil İdarəsi(6)

Müsahibələr 15 avqust tarixinədək davam edəcəkdir

Quba-Xaçmaz Regional Təhsil İdarəsi direktor vəzifəsinə işə qəbul üzrə müsahibə mərhələsinə start verib. Bu barədə ShimalNews 2 avqust tarixində idarəyə istinadən məlumat verir.

Vakant yerlər şagird sayı 500 nəfərədək olan ümumi təhsil müəssisələrində elan edilib. Bu mərhələdə namizədlərin vəzifə üzrə nəzəri biliklər, idarəetmə bacarıqları, şəxsi keyfiyyətləri yoxlanılacaq.

Komissiya tərəfindən hər meyar 5 ballıq şkala əsasında qiymətləndirilir. Müsahibələr 15 avqust tarixinədək davam edəcəkdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.