Vəsait kəndlərdə turizmin inkişafına yönəldiləcək
Qusarda yaşayan peşəkar kulinarın hazırladığı proyekt BMT İnkişaf Proqramının müsabiqəsinin qalibi olub. Bu barədə ShimalNews məlumat verir.
Fərhad Aşurbəylinin müsabiqədə qazandığı qrantın dəyəri 60.000 avro təşkil edir. Bu vəsait Çiləgir və Urva kəndlərində turizmin inkişafına, turizm məlumat mərkəzinin yaradılmasına, kiçik və orta biznesin dəstəyinə yönəldiləcək.
Gələcək altı ay ərzində “Çiləgir” turizm brendinin ərsəyə gətirilməsi və onun turizm bazarına çıxarılmasına köməklik göstəriləcək.
Proyekt Qusar rayonu Urva bələdiyyəsinin əməkdaşlığı ilə ərsəyə gətirilib.