Qubada qanvermə aksiyası keçiriləcək

2 Avqust 2022, 16:25

envato

Aksiya 8 avqust tarixində keçiriləcək

Quba şəhərində qanvermə aksiyası keçiriləcək. Bu barədə ShimalNews 2 avqust tarixində Quba RİH-yə istinadən məlumat verir.

Mərkəzi Qan Bankının Quba Bölməsində talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımıza köməklik göstərmək məqsədilə qanvermə aksiyası keçiriləcək.

Qanvermə aksiyası Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 avqust saat 09:00-dan başlayaraq saat 18:00-dək davam edəcək.

Mərkəzi Qan Bankı Fətəli xan küçəsi, 10 ünvanında yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.