Qubada meşə zolağında narkotik tərkibli bitkilər aşkar edilib

2 Avqust 2022, 15:15

Foto Report

“Xaşxaş-2022” əməliyyatı nəticəsində 2 qardaş saxlanılıb

Qubada narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən iki qardaş saxlanılıb. Bu barədə ShimalNews 2 avqust tarixində Report-a istinadən məlumat verir.

“Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Zaur və Vüqar Bəgiyev qardaşlarının meşə zolağında bitkiləri əkib-yetişdirmələri məlum olub. Əməliyyat nəticəsində 156 ədəd yaş vəziyyətdə çətənə bitkisi aşkar olunaraq götürülüb.

Bundan əlavə, Vüqarın evinə baxış zamanı oradan bir ədəd tüfəng və ona məxsus 4 ədəd patron aşkar edilərək müsadirə edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Şabran rayon sakinləri barəsində həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.