Tədbir iştirakşılarına “Azərbaycan kinosu” adlı sərgi təqdim edilib
Qubada “Azərbaycan milli kinosu tariximizin salnaməsidir” adlı tədbir keçirilib. Bu barədə ShimalNews 2 avqust tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
Tədbir zamanı böyük tarixi yol keçən Azərbaycan kinosundan danışılıb. Kinonun cəmiyyətin inkişafında rolu müzakirə edilib. Tədbir iştirakçıları Azərbaycançılığa, dövlətçiliyə töhfələr verən milli kinomuzun heç vaxt öz yolundan dönmədiyini vurğulayıblar.
İştirakçılara Milli Kino Gününə həsr olunmuş videoçarx və Azərbaycan filmlərindən qısa fraqmentlər nümayiş edilib. Sonda “Azərbaycan kinosu” adlı sərgiyə baxış keçirilib.