Quba rayonunda avtoxuliqanlıq edən sürücü saxlanılıb. Bu barədə ShimalNews 2 avqust tarixində Report-a istinadən məlumat verir.
Rayon sakini Ruslan İfraimov idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən sürət həddini aşıb və yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Onun barəsində protokol tərtib edilib və məhkəməyə göndərilib. Nəticədə İfraimov 500 manat məbləğində cərimə olunub və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.