Hazırda ərazidə təmir işləri aparılır
Quba şəhərində sıradan çıxmış işıq dirəyi bərpa edilir. Bu barədə ShimalNews 2 avqust tarixində məlumat verir.
Heydər Əliyev prospektində yerləşən işıq dirəyi yol-nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyyətə düşüb. Belə ki, səhər saatlarında “VAZ 2104” markalı avtomobil həmin dirəyə çırpılmışdır.
Hadisə şahidlərinin sözlərinə görə, avtomobilə ciddi ziyan dəyib.
Hal-hazırda müvafiq qurumun əməkdaşları işıq dirəyini təmir edirlər.

Photo Shimal.News