Quba FRİTL ilk məzunlarına attestatlarını təqdim edib

2 Avqust 2022, 10:50

Foto QUBA FRİTL

Bu il liseyi 30 şagird bitirib

Quba Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyi (FRİTL) ilk məzunlarını yola salıb. Bu barədə ShimalNews 2 avqust tarixində liseyə istinadən məlumat verir.

FRİTL 11-ci sinfi bu il başa vurmuş məzunlara adi, təhsili yüksək nailiyyətlərlə bitirən şagirdlərə isə fərqlənmə attestatlarını təqdim edib.

Bu il liseyi tam orta təhsil pilləsi üzrə 30 nəfər, ümumi orta təhsil pilləsi üzrə isə 70 nəfər şagird başa vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.