Bu gün Xaçmazlı şəhid Orxan Çobanovun mövlud günüdür

2 Avqust 2022, 18:40

Foto Xaçmaz rayon Heydər-Əliyev-Mərkəzi

Heydər Əliyev Mərkəzinin əməkdaşları onun məzarını ziyarət ediblər

Xaçmaz rayon şəhidi Orxan Çobanovun məzarı onun mövlud günündə ziyarət edilib. Bu barədə ShimalNews 2 avqust tarixində Heydər Əliyev Mərkəzinə istinadən məlumat verir.

Mərkəzin əməkdaşları şəhid ailələri və qazilərlə birgə şəhidimizin məzarına baş çəkiblər. Orxanın Mərkəzin “Rəssamlıq” dərnəyinin üzvü tərəfindən çəkilmiş rəsmi şəhidin ev-muzeyinə təqdim edilib.

Gizir Çobanov Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Orxan Çobanov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.

Orxan Çobanov ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.