Bu gün Azərbaycan Kinosu Günüdür

2 Avqust 2022, 12:00

Photo Shimal.News

124 il əvvəl milli kinomuzun əsası qoyulub

Bu gün Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Bu, 2 avqust 1898-ci ildə Bakı elmi-foto dərnəyinin katibi Aleksandr Mişonun lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərinin nümayiş etdirilməsi ilə bağlıdır.

Şimalın görkəmli kino xadimlərindən qusarlı aktyor Əkbər Fərzəliyev, qubalı aktrisa Zərnigar Ağakişiyeva, qusarlı rejissor Sədaqət Kərimova və digərlərini qeyd etmək olar.

Qubanın “Nizami” kinoteatrının binası 1951-ci ildə inşa olunub. 1980-ci ildə kinoteatr təmir edilib. 1990-cı illərə kimi burada tamaşaçı sıxlığı yaşanıb. Tamaşaçılar kinoteatrda milli kinolarımıza, hind filmlərinə və Rusiyanın müharibə illərindən bəhs edən filmlərə baxıblar.

Bundan əlavə, Qubada həmçinin “Səməd Vurğun” və “Bakıxanov” kinoteatrları olub, lakin onlar sonradan özəlləşdirilib.

İstinad edilən mənbələr:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.