Nəqliyyat vasitəsi beton arakəsmələrə çırpılıb
Bakı-Quba yolunda qəza baş verib. Bu barədə ShimalNews 2 avqust tarixində məlumat verir.
Hadisə magistral yolun 67-ci kilometrində qeydə alınıb. Qusar sakini Bakıdan Qusara gələrkən idarə etdiyi “Hyundai” markalı avtomobilin qəflətən sağ qabaq təkəri partlayıb. Nəticədə nəliyyat vasitəsi evvəlcə sağdakı, daha sonra isə soldakı dəmir-beton arakəsmələrə çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Avtomobilə ciddi ziyan dəyib. Sürücünün sözlərinə görə, o təkərləri 2 ay öncə yeniləyib. Həmçinin o əlavə edib ki, təkərin partlamasına səbəb yoldakı çökəkliklərin iti küncləri olub.
Əraziyə polis və sığorta şirkətinin əməkdaşları cəlb olunub. Sığorta şirkəti arakəsmələrin bərpasını qarşılayacaq.
Zədələnən avtomobil Quba şəhərinə gətirilib.

Photo Shimal.News

Photo Shimal.News