Xaçmazda Şuşaya həsr edilən tədbir baş tutub

1 Avqust 2022, 15:20

Foto Xaçmaz Regional Mədəniyyət İdarəsi

Tədbir “Şuşa mədəniyyətimizin beşiyidir” mövzusunda keçirilib

Xaçmaz rayon MKS-in filialları “Şuşa mədəniyyətimizin beşiyidir” mövzusunda birgə tədbir keçiriblər. Bu barədə ShimalNews 1 avqust tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.

Tədbir Palçıqoba kənd kitabxanasında baş tutub. Burada məktəblilər milli rəqslərimizi və mahnılarımızı səsləndirib, Şuşaya həsr edilən şeirlər söyləyiblər.

Tədbir Qaradağlı, Palçıqoba, Qusarçay, Qımılqışlaq, Qadaşoba, Müzəffəroba, Canaxır, Ağyazı, Nağıoba kənd kitabxana filialları əməkdaşlarının birlikdə təşkilatçılığı ilə keçirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.