Xaçmazda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

1 Avqust 2022, 16:05

envato

Yük avtomobilinin sürücüsü hadisə yerini tərk edib

Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 1 avqust tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.

Qəza 30 iyul saat 05:00 radələrində qeydə alınıb. Şəhər sakini T. Əhmədov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Rufəddin Məmmədovu vuraraq hadisə yerini tərk edib. Köhnə Xaçmaz kənd sakini xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.