Xaçmaz: Vətən müharibəsi qazisinin toy mərasimi olub

1 Avqust 2022, 13:48

Foto bizim-media

Məclisdə rayon İH-nin başçısı Elnur Rzayev və nümayəndələri iştirak ediblər

Xaçmazda Vətən müharibəsi qazisinin toy mərasimi keçirilib. Bu barədə ShimalNews 1 avqust tarixində Bizim.Media-ya istinadən məlumat verir.

Zeynal Məmmədovun toy mərasimində igidimizin ailə üzvləri və doğmaları ilə yanaşı şəhid ailələri, keçmiş döyüşçülər və rayon İH-nin başçısı Elnur Rzayev və nümayəndələri iştirak ediblər.

Məmmədov Vətən müharibəsində Daxili Qoşunların çavuşu kimi xidmət edib. O, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Hazırda qazi mühafizə polisində çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.