Tədbir Bədirqala kənd Sənətkarlıq klubunda keçirilib
Qusar rayonunda “Əhməd Cavad sevərlər” adlı tədbir baş tutub. Bu barədə ShimalNews 1 avqust tarixində məlumat verir.
Tədbir Qusar rayon Mədəniyyət Mərkəzi Bədirqala kənd Sənətkarlıq klubunda keçirilib. Görüş Əhməd Cavadın 130 illiyinə həsr olunub. Məktəblilərə şairinin həyat və yaradıcılığından danışılıb.