Qubada tanınmış ağsaqqal Həsən Günəşli dünyasını dəyişib

1 Avqust 2022, 10:58

Foto açıq mənbələrdən

O, bu gün dəft ediləcək

Qubanın Ağsaqqallar şurasının sabiq sədri vəfat edib. Bu barədə ShimalNews 1 avqust tarixində məlumat verir.

Həsən Günəşli ömrünün 87-ci ilində vəfat edib. Dəfn mərasimi bu gün, 14:00-da baş tutacaq.

Həsən Günəşli 1 yanvar 1935-ci ildə Qubanın Qonaqkənd qəsəbəsində anadan olub. 1958-ci ildən rayonumuzun Maliyyə şöbəsində fəaliyyətə başlayıb. 1974-1975-ci illərdə Azərbaycan KP Quba rayon komitəsinin katibi, 1975-1980-ci illərdə həmin komitənin ikinci katibi vəzifəsində və digər qurumlarda çalışıb.

Günəşli “Əmək rəşadətinə görə” və “Əməkdə fərqlənməyə görə” medalları, “Şərəf Nişanı” ordeni ilə təltif olunub. Bundan əlavə, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin “Fəxri Fərmanı”, YAP Quba rayon təşkilatının “Fəxri Fərmanı” Və Quba RİH-nin “Fəxri Fərmanı”na layiq görülub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.