Təlimlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulur
Quba və Qusar rayonlarının məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri təlimlərə cəlb ediliblər. Bu barədə ShimalNews 1 avqust tarixində Quba-Xaçmaz RTİ-yə istinadən məlumat verir.
Təlimlər bu gün saat 09:00-dan etibarən Quba şəhər Azad Məmmədov adına 2 nömrəli məktəb-liseydə başlayıb.
Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən təşkil edilən təlimlərin növbəti həftələrdə regionun digər rayonlarında da keçirilməsi nəzərdə tutulur.