Quba: Şahdağ Milli Parkında ağaclar qanunsuz olaraq kəsilir

1 Avqust 2022, 18:10

Foto bizim.media

Şahdağ Milli Parkında qiymətli ağaclar qanunsuz olaraq kəsilir. Bu barədə ShimalNews 1 avqust tarixində Bizim.media-ya istinadən məlumat verir.

Məlumata əsasən, Quba rayonunun Suxtəkələ, Yenikənd və Amsar kəndləri ərazisində meşə massivindəki qiymətli vələs və fıstıq ağacları məhv edilir. Kəsilən ağaclar Tülər kəndində bir sakinin evinə toplanır və orada qeydiyyat nömrələri olmayan maşınlarla daşınır.

“Hazırda ötən gündən araşdırmaya başlamışıq. Araşdırmamız zamanı Quba meşəbəyliyi rəhbərliyinin qanunsuz qırıma şərait yaratdığı hələlik təsdiqlənməyib. Hansısa meşə təsərrüfatı əməkdaşının bu işdə günahı olduğu təsdiqlənsə, barələrində ciddi tədbir görüləcək. İdarədən o da deyildi ki, araşdırmanın nəticəsi barədə faktlar təsdiqlənsə, hüquq-mühafizə orqanlarına rəsmi məlumat veriləcək”, – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmazdakı 5 saylı Ekologiya və Təbii Sərvətlər idarəsindən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.