Quba: rus məktəbinin yanında qəza baş verib

1 Avqust 2022, 16:20

Photo Shimal.News

“Lada” ilə “VAZ” markalı avtomobillər toqquşub

Qubada yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 1 avqust tarixində məlumat verir.

Qəza saat 15:10 radələrində Əliqulu Nərimanov küçəsi ilə Tutu Bikə küçəsinin kəsişməsində qeydə alınıb. Rus məktəbinin yanında “VAZ 21011” markalı avtomobil “Lada Priora” markalı maşınla toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb, nəqliyyat vasitələrinin ön hissəsinə ziyan dəyib.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb “Lada”-nın “VAZ”-ı gözləmədən ikinci zolaqdan dönmək istəməsi olub.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Photo Shimal.News

Photo Shimal.News

Photo Shimal.News

Photo Shimal.News

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.