Quba: Qonaqkənd qəsəbəsində tədbir keçirilib

1 Avqust 2022, 17:20

Foto Quba Rayon İcra Hakimiyyəti

Tədbir Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr edilib

Qubada 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı tədbir keçirilib. Bu barədə ShimalNews 1 avqust tarixində Quba RİH-yə istinadən məlumat verir.

 

Tədbir Qonaqkənd qəsəbəsinin Mədəniyyət evində baş tutub. Burada RİH-nin məsul şəxsləri, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, QHT-nin Quba Regional Resurs və Təlim Mərkəzinin sədri, ADPU-nun Quba filialının əməkdaşları və qəsəbə sakinləri iştirak ediblər.

 

Tədbir Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.