Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxsin Qubanın icra başçısı Ziyəddin Əliyevin qardaşı oğlu olduğu məlum olub. Bu barədə ShimalNews 1 avqust tarixində BakuTV-yə istinadən məlumat verir.
Bir necə gün öncə 35 yaşlı Elvin Əliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Onun barəsində cinayət işi açılıb.
Əliyev qazilər haqda məlumatlar yığaraq onların yaşadıqları ərazinin icra hakimiyyəti əməkdaşlarına zəng edib və müharibə iştirakçılarına birdəfəlik yardım edilməsini tələb edib. Özünü Prezident Administrasiyasının şöbə müdiri kimi təqdim edən Əliyev qazilərdən də, rəsmi qurumlardan da gələn pulu özünə açdığı bank hesabı vasitəsilə mənimsəyib.