ƏMDX-nin Xaçmaz ərazi şöbəsinin müdiri rüşvət almaqda təqsirləndirilir

1 Avqust 2022, 17:02

envato

Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz ərazi şöbəsinin müdiri həbs edilib. Bu barədə ShimalNews 1 avqust tarixində Baş Prokurorluğa istinadən məlumat verir.

Məlumata əsasən, Aydın Cəfərov Abşeron rayon Saray bələdiyyəsinin sədri Məhi Həsənov, Qəbələ ərazi şöbəsinin müdiri Baği Məsimov və Sumqayıt şəhər bələdiyyəsinin şöbə müdiri Şıxəli Abbasovla qabaqcadan əlbir olaraq bir qrup şəklində bələdiyyə torpaqlarının satışının həyata keçirilməsi ilə əlaqədar müvafiq rəy verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.