ADPU-nun Quba filialında “Dilimiz və tariximiz” adlı intellektual bilik yarışı keçirilib. Bu barədə ShimalNews 1 avqust tarixində universitetin Facebook hesabına istinadən məlumat verir. Xəmsə formatında keçirilən yarış Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr edilib. Müsabiqədə hər birində 5 nəfər müəllim və əməkdaşlar olmaqla 3 komanda yarışıb. “Quba” komandası bal hesabı ilə qalib olub. “Fırtına” […]
ADPU-nun Quba filialında “Dilimiz və tariximiz” adlı intellektual bilik yarışı keçirilib. Bu barədə ShimalNews 1 avqust tarixində universitetin Facebook hesabına istinadən məlumat verir.
Xəmsə formatında keçirilən yarış Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr edilib. Müsabiqədə hər birində 5 nəfər müəllim və əməkdaşlar olmaqla 3 komanda yarışıb.
“Quba” komandası bal hesabı ilə qalib olub. “Fırtına” komandası 2-ci yerə, “Şahdağ” komandası isə 3-cü yerə çıxıblar. Müsabiqənin qalibi olmuş komanda diplom və kubokla mükafatlandırılıb.
Azərbaycan dili, Azərbaycan tarixi, dünyagörüşü və s. mövzuları əhatə edən suallar GİKM-in Quba nümayəndəliyinin direktoru Aytac Əhmədova tərəfindən hazırlanıb və səsləndirilib.