Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib. Bu barədə ShimalNews 29 iyul tarixində İH-yə istinadən məlumat verir.
Görüş Qımılqışlaq kəndində keçirilib. Burada Elnur Rzayev və Milli Məclisin deputatı Sevil Mikayılova Qımılqışlaq, Mollabürhanlı, Çuxuroba, Maşıoba, Mirzəmmədqışlaq, Qadaşoba, Ağarəhimoba, Şıxlar və Hacıisaoba kəndlərində yaşayan sakinlərin müraciətləri dinlənilib.
Sakinlər kəndlərin qazlaşdırılması, yaşayış məntəqələri üzrə elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolun təmiri, içməli və suvarma suyu ilə təchizatla bağlı müraciətlərini səsləndiriblər. Qaldırılan bir çox problemlər yerindəcə həll edilib.