Qubada şəhid uşaqları üçün yay istirahət düşərgəsi təşkil olunub. Bu barədə ShimalNews 29 iyul tarixində AZƏRTAC-a istinadən məlumat verir.
Rayonumuza ölkənin müxtəlif bölgələrindən 100-dək şəhid övladının (onları müşayiət edəcək şəxslər nəzərə alınmaqla 140 nəfər) gələcəyi gözlənilir. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən layihə iki mərhələdən ibarət olacaq. 70 nəfərdən ibarət ilk qrup xüsusi ayrılmış avtobuslarla Qubaya 5 günlük yay istirahət düşərgəsinə yola salınıb.
Şəhid övladları Qubanın tarixi və gəzməli yerlərinə ekskursiya edəcəklər.