Xaçmaz şəhərində “Taekvondo hamı üçün” adlı idman tədbiri keçiriləcək. Bu barədə ShimalNews 28 iyul tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
“İdman hamı üçün” layihəsi çərçivəsində təşkil ediləcək tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında idmanın kütləviliyinin təmin edilməsi, taekvondo idman növünə marağın artırılmasıdır.

Layihə 31 iyul tarixində Xaçmaz şəhər Şəxsiyyətlər parkında saat 10:00-dan 13:00-dək davam edəcək.