Qusarlı idmançı cüdo üzrə “Yaponiya Səfirinin Kuboku” açıq birinciliyinin fəxri kürsüsünə yüksəlib. Bu barədə ShimalNews 28 iyul tarixində Azərbaycan Cüdo Federasiyasının Facebook səhifəsinə istinadən məlumat verir.
42 kq çəki dərəcəsində mübarizə aparan Useym Sinqarov bürünc medal qazanıb.
Yarış Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə keçirilib. Birincilikdə 25 komanda olmaqla, 200-ə yaxın cüdoçu iştirak edib.