“Aqroservis” ASC-nin Xaçmaz Regional Nümayəndəliyində maarifləndirmə tədbiri keçirib. Bu barədə ShimalNews 27 iyul tarixində FHN-yə istinadən məlumat verir.

Tədbir Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən təşkil edilib. Vətəndaşlara açıq və qapalı məkanlarda yanğın təhlükəsizliyinə dair tələblər, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları haqda məlumat verilib.

Görüş zamanı ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.