Xaçmazda Milli Qəhrəman Asif Məhərrəmovun anadan olmasının 70 illiyi ilə əlaqədar tədbir keçirilib. Bu barədə ShimalNews 27 iyul tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.

Məlumat günü Xaçmaz rayon MKS-nin Padar kənd kitabxana filialında keçirilib. Tədbirdə məktəblilərə polkovnik-leytenantımızın igidlik yolundan bəhs edilib.

Asif Məhərrəmov (Fred Asif) 26 iyul 1952-ci il tarixində Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı özünümüdafiə dəstələri yaradaraq Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub. 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsi üçün köməyə gedərək düşmənə ağır zərbə vurub. Milli qəhrəman 1994-cü il iyulun 1-də aldığı yaralar nəticəsində dünyasını dəyişib. Məhərrəmov Bakı şəhərində 2-ci Fəxri xiyabanda dəfn olunub.