Qubalı idmançı yunan-Roma güləşi üzrə Dünya çempionatında medal qazanıb. Bu barədə ShimalNews 27 iyul tarixində məlumat verir.
İtaliyanın paytaxtı Romada U-17 Dünya çempionatı keçirilib. Burada ölkəmizi 55 kq çəkidə Fəraim Mustafayev təmsil edib. O, həlledici qarşılaşmada hindistanlı Surac Suracla üz-üzə gəlib.
İdmançımız rəqibinə 0:11 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.
Daha öncə Fəraimin erməni rəqibinə qalib gələrək Avropa çempionu olması haqqında xəbər vermişdik.