İntellektual müsabiqə avqustun 1-i baş tutacaq
Qubada “Dilimiz və tariximiz” adlı intellektual bilik müsabiqəsi keçiriləcək. Bu barədə ShimalNews 27 iyul tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialına istinadən məlumat verir.
Tədbir 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili Gününə həsr olunacaq. Yarışma ADPU-nun Quba filialının təşkilatçılığı və GİKM-in (Gənclərin İnkişaf və Karyera Mərkəzi) rayon nümayəndəliyinin dəstəyi ilə baş tutacaq.
Müasabiqədə yalnız adıçəkilən təhsil müəssisəsinin müəllimləri və əməkdaşları iştirak edə bilərlər. Qalib komanda filialın direktoru tərəfindən diplomla təltif olunacaq.
İntellektual yarış avqustun 1-i, saat 12:00-da universitetin akt zalında keçiriləcək. Burada iştirakçı kimi qeydiyyatdan keçmək istəyənlər filialın rəsmi Facebook səhifəsinin şəxsi mesajlar bölməsinə yaza bilər. İzləyici olmaq istəyənlər isə həmin tarixdə filiala gələ bilərlər.
Son qeydiyyat tarixi: 28 iyul 2022-ci il.