Qubada 10-a yaxın kəndin elektrik təminatı bərpa edilib. Bu barədə ShimalNews 25 iyul tarixində məlumat verir.

Zərdabi qəsəbəsində yüksək gərginlik xətti qırılaraq digər naqillərin üzərinə düşmüşdür. Qısaqapanma nəticəsində sakinlərin məişət avadanlıqları, sayğaclar və digər cihazlar sıradan çıxmışdır.

“Azərişıq” ASC-nin texniki briqadası gün ərzində təmir işlərini yekunlaşdırıb.